Kiyev müharibənin Rusiyaya keçirilməsini istəyir | VİDEO

   Kiyev müharibənin Rusiyaya keçirilməsini istəyir     | VİDEO
  23 İyul 2025    Oxunub:602
ABŞ və Avropanın Kiyevə daha çox hava hücumundan müdafiə (HHM) sistemləri və raketlər verməsinə Ukraynanın təcili ehtiyacı var. Müharibənin Rusiyaya keçirilməsini dəstəkləmək üçün Co Bayden dövründə olduğu kimi Rusiyanın dərinliklərindəki hərbi hədəflərə zərbələrə də qadağa qoyulmamalıdır.
AzVision.az xəbər verir ki, Ukrayna Silahlı qüvvələrinin (USQ) Baş Komandanı Aleksandr Sirski “The Washington Post (WP)” qəzetinə müsahibəsində belə deyib.

Sırskinin sözlərinə görə, yeni HHM silahları, o cümlədən Amerikanın “Patriot” sistemləri, PUA-ları aparatları və onları vurmaq üçün yüngül təyyarələr Rusiyanın hücumlarının qarşısını almağa kömək edə bilər.

Amerikanın “ATACMS” və Almaniyanın “Taurus” sistemləri də daxil olmaqla daha çox orta və uzun mənzilli raketlər, onların istifadəsinə məhdudiyyət qoyulmadan buraxılarsa, Ukraynaya raket və pilotsuz təyyarələrin istehsal edildiyi infrastrukturu hədəf alaraq Rusiyanın silah istehsalını ləngitməyə imkan verəcək.

“İstənilən raket silahının olması özlüyündə çəkindirici faktordur. Ümid edirəm ki, prezident Trampın mövqeyi sayəsində bu proses xeyli asanlaşacaq və əvvəllər yaşadığımız çətinliklərin heç biri olmayacaq”, - USQ-nin Ali Komandanı vurğulayıb.

Bununla belə, Sırski ordunun arsenalında “ATACMS” sistemlərinin qalıb-qalmaması ilə bağlı cavab verməyib, hərçənd qeyd edir ki, “ölkənin ehtiyatlarının tükəndiyi hamıya məlumdur”. Amerika raketlərinin yeni partiyasının ukraynalıların həyatını xilas edib-etməməsi ilə bağlı suala o, “əlbəttə” cavabını verib.

Sırskinin sözlərinə görə, HHM sistemləri və onlar üçün raket çatışmazlığından əlavə, Ukrayna quru qoşunlarının cəbhə xəttində 155 mm-lik artilleriya mərmiləri də qıtdır.

Müsahibədə bildirilir ki, Co Bayden administrasiyası uzun müddət Rusiya ərazisinə zərbələr endirməkdən imtina edib. Çünki Vaşinqton Rusiya prezidenti Vladimir Putini təhlükəli reaksiyaya təhrik etməkdən ehtiyatlanırdılar.

- Biz hamımız Rusiya ərazisində bu tip uzaqmənzilli silahlardan istifadənin zəruriliyini izah və sübut etmək üçün açıq bəyanatlar da daxil olmaqla çoxlu səylər göstərmişik”, - USQ-nin Baş Komandanı deyb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Sırski   müharibə   Rusiya  



Xəbər lenti